Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Poloçularımız finalda

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir.

Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətindən bildirib.

Sentyabrın 9-da Azərbaycan komandası yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.

Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqi ilə geridə başlayan milli ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın edib.

Rəqib komandanın qapısından zərbələrin 3-nü Tərlan Qurbanəliyev, 1-ni Elçin Camallı və 2-ni Joakin Kopello keçiriblər.

Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabı ilə qonaqlar qalib olublar.

Beləliklə, Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq final oyunu bu gün keçiriləcək.