Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Polşa bu silahı Kiyevə verməyəcək

Polşa hakimiyyəti respublikanın ABŞ-dan sifariş verdiyi və yaxın gələcəkdə alacağına ümid etdiyi “Patriot” zenit-raket və hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyi planlaşdırmır.

Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Polşanın Baş naziri Mateuş Moravetski mətbuat konfransında bildirib.

O, Polşanın “Patriot”u Ukraynaya ötürmək imkanını nəzərdən keçirib-keçirməməsi ilə bağlı suala mənfi cavab verib. "Bizim əldə edəcəyimiz "Patriot" sistemləri, ümid edirəm ki, tezliklə Polşa səmasını qorumağa xidmət edəcək, çünki bunlar bizə gələn ilk batareyalardır", - deyə o qeyd edib.

Moravetski xatırladıb ki, Almaniya və digər müttəfiqlərdə artıq bu batareyalar var: "Ancaq açıq deməliyəm ki, indi Polşanın səması Almaniyanın səmasından daha çox təhlükə altındadır".

Polşa Baş naziri daha sonra deyib: “Hələ Polşaya çatdırılmamış “Patriot”u müzakirə etməyin mənası yoxdur. Onlar təhvil verildikdə biz prezident və müdafiə naziri ilə onların yerləşdirilməsi məsələsini həll edəcəyik”.

Səxavət

Publika.az