Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Prezident İlham Əliyevin Ermənistana xəbərdarlığı - “Əsas məsələ”də müzakirə

Prezident İlham Əliyevin Ermənistana xəbərdarlığı - “Əsas məsələ”də müzakirə

Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik.

Trend-in məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Prezidentin Ermənistana xəbərdarlığı, Ermənistanın sülhü pozma cəhdləri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları siyasi şərhçilər - Sahil İskəndərov, Sahib Məmmədov və Fərhad Hüseynov mövzu ətrafında müzakirə aparıblar.

"Əsas məsələ" verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının "YouTube" kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=M5qJsRf0xxA