Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Prezidentin köməkçisi Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) nümayəndəliyi və Aİ səfirləri ilə görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Hikmət Hacıyev özünün tvitter hesabında paylaşım edib.

"Brüssel sülh gündəliyinin davamı kimi Bakıda akkreditə olunmuş Aİ nümayəndəliyi və Aİ səfirləri ilə məhsuldar görüş keçirdik, fikir mübadiləsi apardıq", - paylaşımda deyilir.

Milli.Az