Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Putin: "Qərbin demokratiya barədə KƏKƏLƏMƏYƏ haqqı yoxdur"

“Qərb ölkələrinin referendumları qiymətləndirmək və “kəkələmək” üçün mənəvi haqqı yoxdur”.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin Federasiyaya birləşdirilməsinə dair müqavilələrin imzalanması mərasimində deyib.

“Qərbin buna qiymət verməyə, hətta demokratiya və azadlıq barədə kəkələməyə mənəvi haqqı yoxdur. Heç vaxt da olmayıb”, - Putin vurğulayıb.

Onun sözlərinə görə, “Qərb ölkələri kimin öz müqəddəratını təyinetmə hüququna malik olub-olmamasına öz mülahizələri ilə qərar verir və onlara belə hüququn kimin verdiyi bəlli deyil”.

Rusiya lideri onu da vurğulayıb ki, Qərb dünyasının hazırladığı “qayda-qanun” “axmaqlar” üçün nəzərdə tutulmuş ikili və üçlü standartlardır.

Akqabay