Azerbaijan

Putindən Cənubi Qafqazla bağlı ÇAĞIRIŞ: "Lazım gələrsə, birgə xüsusi əməliyyatlar..."

"Əfqanıstanda baş verən son hadisələrin Cənubi Qafqazdakı vəziyyətə təsir edə biləcəyini yaxşı bilirik".

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə görüşündə deyib.

"Bu baxımdan, Əfqanıstan sərhədindəki vəziyyəti daim izləmək, silahlılara qarşı hazır olmaq, bunun üçün güc strukturlarının işini əlaqələndirmək və lazım gələrsə, birgə xüsusi əməliyyatlar keçirmək vacibdir", - Rusiya lideri əlavə edib.

Putin vurğulayıb ki, MDB ölkələrinin kəşfiyyat xidmətlərinin vəzifələrindən biri Əfqanıstan ərazisindən potensial təhlükələri zərərsizləşdirməkdir:

Mərkəzi Asiya , Cənubi Qafqaz və digər regionlar üçün ortaya çıxan potensial təhdidlər bu ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitlərində ətraflı müzakirə olunub. Əlbəttə ki, biz bu mövzunu qarşıdakı MDB sammitində də nəzərdən keçirəcəyik".

Xatırladaq ki, bu gün MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı konfransı keçirilib. Onlayn tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyəti qatılıb.

Hüseyn

Football news:

Ajax fans set off fireworks at the stadium at the match with Borussia
Guardiola on coronavirus: I am vaccinated, I trust doctors and scientists. We see how many deaths there are in England
Griezmann caught up with Giroud in goals in the Champions League (35) and shares 5th place with him among the French
In Amsterdam, fireworks are not only on the field, but also in the stands. The public relations of Ajax and Borussia fans
Mbappe has 46 (28+18) points on the goal+pass system in 48 games in the Champions League
Atletico conceded twice before the 15th minute for the first time under Simeon
Guardiola pro 5-1 with Brugge: One of Man City's best games in European competitions