Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Putinin İLHAQ gedişi: müharibə sonsuzluğa doğru gedir

Putin Ukraynanın işğal etdiyi 4 bölgəsini – Donetsk, Luqansk, Zaporojye və Xersonu Rusiyaya birləşdirdi.

Bu ilk növbədə mümkün Rusiya-Ukrayna danışıqlarının sıradan çıxarılması deməkdir. Təkcə ona görə yox ki, Ukrayna torpaqlarını işğal edən Rusiya ilə dialoqun mümkünsüz olduğunu hesab edir, həm də Rusiya konstitusiyasına görə bu ölkənin əraziləri müzakirə mövzusu ola bilməz: ilhaq edilən ərazilər də Rusiya qanunları ilə bu ölkənin “ərazisi” hesab edilir;

Bununla mümkün danışıqlar yalnız iki halda ola bilər:

- Ukrayna Krım da daxil olmaqla ilhaq edilən ərazilərinin azad edilməsi məsələsinin müzakirə edildiyi masaya gələ bilər;


- Rusiya ilhaq edilən ərazilərin tanınması və Kiyevin “təslim olması” şərtlərini müzakirə edə bilər;

Hər iki versiyanın reallaşma ehtimalı çox azdır və belə görünür ki, danışıqlar masasının qurulması yalnız tərəflərdən birinin tam məğlubiyyətə uğradığı halda mümkündür.

Və beləliklə müharibə sonu görünməyən mərhələyə keçir.

Asif Nərimanlı