Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Putinin keçmiş nitq müəllifi axtarışa verildi

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi politoloq, polit texnoloq, publisist, Vladimir Putinin 2008-2010-cu illərdə baş nazir işlədiyi zaman onun keçmiş nitq müəllifi Abbas Qallyamovun adını axtarışda olan şəxslərin məlumat bazasına daxil edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

Xatırladaq ki, Abbas Qallyamov bu ilin fevralında xarici agentlərin reyestrinə daxil edilib.

Qallyamov Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib.

Qallyamov hazırda ailəsi ilə birlikdə Rusiyadan kənardadır. O, mütəmadi olaraq müxtəlif xarici KİV-lərin proqramlarında siyasi mövzuları şərh etməyə dəvət olunur. O, Rusiyanın hərəkətlərini tənqid edir.

Hüseyn İbadlı