Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib

Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a verilən məlumata görə, keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını urnalardan kənar ataraq ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.