Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qəzada yaddaşını itirən kişi yenidən eyni adama aşiq oldu

ABŞ-da bir kişi motosiklet qəzası keçirib, yaddaşını itirib və yenidən həyat yoldaşına aşiq olub.

Milli.Az bildirir ki, bu haqda "ABC 13" yazıb.

Kristi və Endryu Makkenzi 37 ildir evli olublar. Cütlük motosikletdə birlikdə səyahət etməyi çox sevib  və bu səfərlərin birində qəzaya düşüblər. Maşın işıqforun qırmızı işığında dayandığından Makkenzilər ona çırpılıb və onlar toqquşmadan 15 metr kənara atılıblar. "O vaxt mən yalnız ərimin yaxşı olub-olmadığını düşünürdüm", - deyə Kristi xatırlayıb.

Zərərçəkənlər ağır xəsarətlər alıblar: sümüklər sınıb, daxili qanaxma və beyin silkələnməsi. Qəza yerinə gələn tibb işçiləri Endryunu huşsuz vəziyyətdə tapıblar və onu və Kristini təcili əməliyyat üçün hava yolu ilə xəstəxanaya aparmaq qərarına gəliblər.

Üç gündən sonra kişi özünə gəlib. O, 1993-cü il olduğuna əmin olub və ömrünün az qala 30 ilini xatırlamayıb. Endryu qızlarını tanımayıb, ancaq arvadı olduğunu xatırlayıb. Onun xəstəxanada işlədiyinə inanıb. "Yadımda qalan ilk şeylərdən biri xəstəxana çarpayımın yanında əlil arabasında, vəziyyətimdən narahat olan Kristidir", - Endryu deyib.

Həyat yoldaşına hadisələrin gedişatını tez bir zamanda bərpa etməyə kömək etmək üçün Kristi ona palataya köçürülməsini istəyib. 11 gündən sonra cütlük evə buraxılıb və uzun bir reabilitasiya kursu təyin edilib. Cütlük yenidən köməksiz gəzə bildikdən sonra bütün ailə ilə birlikdə dincəlmək üçün sahilə gediblər. Orada Endryu ikinci dəfə həyat yoldaşına evlilik təklifi edib və onlar əvvəlki andlarını təsdiq ediblər.

Kristinin dediyinə görə, o, Endryunun yaddaş itkisini ağır qəbul edir, lakin sağ qaldıqları üçün minnətdardır. "Bizim bir-birimizi itirmədik və vacib olan da budur", - o deyib.

İrfan Vəliyev
Milli.Az