Qəzaya uğrayan helikopterin “qara qutu”su üzərində iş aparılır

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğramasında hər hansı bir təxribat və ya kənar müdaxilə yoxdur.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Baş prokurorun böyük köməkçisi, Ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də verilən "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, hadisə baş verəndən sonra dərhal Baş Prokurorluğun istintaq qrupu yaradılıb və hadisə yerinə gedilib: "Mürəkkəb bir hadisə olduğuna görə müxtəlif növ ekpertizalar təyin edilib. Hadisənin baş verməsində hər hansı bir təxribat, kənar müdaxilə yoxdur. Ekspertizaların rəylərindən sonra hadisənin baş verməsi barəbə dəqiq məlumat veriləcək", - deyə o bildirib.

M.Abbasov əlavə edib ki, helikopterin "qara qutu"su üzərində iş aparılır. "Bununla bağlı hazırda hər hansı bir məlumat verə bilmərik", - deyə o qeyd edib.