Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qadınlar onun dərdindən öldülər, 41 il arvadını gizlətdi -

Bu gün sizə elə bir aktyor haqqında məlumatlar verəcəyik ki, onu mütləq tanıyırsınız və böyük ehtimalla sevirsiniz. Onun titullarını saymaqla bitməz. Aktyor, kaskadyor, kinorejissor, prodüser, bəstəkar, mahnı ifaçısı (1980-ci ildən bu yana onlarla disk buraxdırıb), döyüş ustası, UNİSEF-in xoş məramlı səfiri, Britaniya İmperiyası Ordeninin kavaleri, Çinin ən qədim kinostudiyalarından birinin baş rejissoru, öz şəxsi kinostudiyasının təsisçisi və rəhbəri, 100 dən artıq filmin baş rol oyunçusu, "Oskar" mükafatçısı, Ginnes rekordçusu...

Saydıqca nəfəs tükənir deyilmi? Söhbət məşhur aktyor Ceki Çandan gedir. 

Milli.Az lent.az-a istinadən "Göz önündə" layihəsində bu sevilən aktyor haqqında maraqlı faktları təqdim edir.

O 1954-cü il aprel ayının 7-də Honqonkdda doğulub. Hazırda ABŞ və Honkoq vətəndaşıdır. Çində onu Sin Lun adı ilə tanıyırlar.

Dünyanın ən sevilən və populyar aktyorlarından biridir. Çin mədəniyyətini Amerikada tanıdan və sevdirən, öz köklərinə bağlı insandır Ceki Çan. O, 2 dəfə Ginnesin "Rekordlar kitabı"na düşüb. Birinci də çəkdiyi "Tanrının zirehi" filmində titrlərdə adı ən çox gedən adam kimi. Bu filmin çəkilişi zamanı o düz 15 adamın işini görüb . İkinci dəfə filmlərdə ən çox tryuklar edən aktyor kimi rekordçu olub. O Hollivudda şöhrət tapmış özünə yer eləmiş azsaylı əcnəbi aktyorlardandır.

Dediyinə görə, şən döyüşçü obrazını Bryus Linin dəli və çılğın döyüşçü obrazına zidd olsun deyə yaradıb. Şən, tənbəl, amma ailəcanlı, sadə, sona qədər mübarizə aparıb qələbə çalan Ceki obrazları tezliklə Bryus Linin qəhrəmanlarını kölgədə qoydu, Lidən sonra film dünyasına daha bir "Əjdəha" gəldi. Asiyada onların ikisini də "Əjdəha" adlandırırlar.

2000-ci ildən bu yana Ceki Çan qəhrəmanları filmlərinin süjet xətləri ilə eksperimentlər edir. Yeniliklərə can atır. O bütün tryuklarını tək başına edir, kaskadyorların xidmətinə üz tutmur, çox zaman başqa aktyorların dublyoru kimi çıxış edirdi. Film çəkilişlərində o qədər ağır yaralar alıb, ölümdən dönüb ki, daha sığorta şirkətləri onunla işləmək istəmirlər.

Ceki Çan sürət həvəskarıdır. Tez- tez avtomobil yarışlarına qatılır və hətta qalib olur. Bundan əlavə antikvar avtomobillərdən ibarət kolleksiyası da var.

Müsahibələrində bildirib ki, o yaxşı döyüşməyi bacaran aktyordur, aktyorluq etməyi bacaran döyüşçü deyil.  

Çəkilişlərdən biri zamanı ölümcül kəllə-beyin travması alıb. Kəllə sümükləri sınır, beyni xəsarət alır. Onun yaşayacağına kimsə ümid etmirdi. O isə əksinə, həm yaşadı, həm də yenidən təhlükəli tryuklar qurdu. Dəfələrlə çanaq sümüyü, burun, əl, qol, ayaq sümüklərini, qabırğalarını qırıb, amma yenə dinclik tapmayıb. Ona soruşanda, "qocalıb tryurkları edə bilməyəndə nə edəcəksən?" Cavab verir ki, "sənətini gənclərə öyrətmək istəyirəm, Ceki gedər başqaları gələr". Amma çətin ki, bu şən, sevimli insanın yerini kimsə tutar.

Şəxsi həyatı da çox maraqlıdır. Ceki Çan evli olduğunu düz 40 il gizlətməyi acarıb. Hamı onu subay bilirdi, hətta oğlunun varlığından belə kimsənin xəbəri yox idi. Daima göz önündə olan ulduz aktyor bunu bir cəsus dəqiqliyi ilə bacarmışdı. Sonralar evli olduğunu açıqlayanda bunu həm fanatı olan qadınları incitməmək, həm də ailəsinin qulaq dincliyi üçün etdiyini deyib. Bu arada qeyd etmək yerinə düşər ki, Ceki Çana görə dəfələrlə intihar edən qadınlar olub. Xüsusən Çində və Yaponiyada onun sözün həqiqi mənasında dərdindən ölənlər olub.

O, 41 ildir tayvanlı aktrisa Lin Funqyu ilə evlidir. Bu evlilikdən bir oğlu var. 1984-cü il təvəllüdlü oğlu Çan Zumin Qərb tərbiyəsi ilə böyüyüb və bu milli dəyərlərə önəm verən Cekinin heç xoşuna gəlmir. Oğlu narkotikdən istifadəyə görə həbsdə olub.

Onun nikahdankənar bir qızı da var. Etta Çjolin 1999 doğumludur, anası aktrisa Eleyn U Çilidit. Çan qızını qəbul etsə də, tərbiyəsində iştirak etməyib, qızı ondan kənarda böyüyüb. Ceki mənəvi dəyərlərə üstünlük vermədiyinə görə, qızı ilə də yola gedə bilmir.

Ceki Çan mirasının yarısını xeyriyyə işlərinə vəsiyyət edib.

Bu gün o dünyanın ən uğurlu, ən çox qazanc əldə edən, ən çox xeyriyyə işləri görən aktyorlarından biridir. Yenə yaradır, yenə sevilir,  yenə həmişəki kimi şən və çevikdir. 

Milli.Az