Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Qarabağ rənglərinin musiqisi" adlı konsert keçiriləcək

"4 fəsil" layihəsi çərçivəsində "QARABAĞ RƏNGLƏRİNİN MUSİQİSİ" adlı ilk konserti keçiriləcək

İyunun 23-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında "4 fəsil" layihəsi çərçivəsində "QARABAĞ RƏNGLƏRİNİN MUSİQİSİ" adlı ilk konserti keçiriləcək. Konsert proqramında müasir Azərbaycan bəstəkarları - F. Əlizadə, E. Dadaşova, C. Abbasov, A. Yusifova, K. Əlizadə, P. Axundova, T. Məmmədli, R. Əhmədzadə və başqalarının əsərləri səslənəcək. . Konsertdə ifaçılar: əməkdar artistlər - Fəridə Məmmədova, Yuliya Motorina, Rəna Rəhimova, Beynəlxalq müsabiqələr laureatları: Ümidə Abasova, Nəzrin Aslanlı, Orxan Hüseynov, Stefano Muskaritolo Piano: Səidə Tağızadə Gecədə sərgi və satış da olacaq. Gecədə yığılan vəsait "Yaşat" fonduna köçürüləcək Layihə "BAKU" jurnalı, PAŞA Holdinq, Azərbaycan Mədəniyyət Nazirliyi və Arts Council Azerbaijan təşkilatı tərəfindən dəstəklənir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az