Azerbaijan

Qarabağda “sülhməramlı”… işğalçılıq planları

Qarabağda “sülhməramlı”... işğalçılıq planları

Prezident İlham Əliyev, İtaliyanın La Reppublika qəzetinə müsahibəsində Qarabağdakı Rusiya sülhməramlılarından ümumilikdə razı olduğunu bildirib. O, sadəcə, Rusiya sülhməramlılarının yerləşdiyi əraziyə hələ də əcnəbilərin Azərbaycan hökumətindən icazə almadan gəlməsini xüsusi qeyd edib.

İlham Əliyev deyib: “...Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır”.

Bundan əvvəlki müsahibə və çıxışlarında da Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunub. Rusiya “sülhməramlı” kontingentinin hələ də üzərinə düşən vəzifələri tam icra etməməsinə, eləcə də, üzərinə vəzifə olmayan işlərə baş qoşmasına dəfələrlə etiraz bildirilib. Azərbaycan, Rusiya Prezidentləri, Ermənistan baş naziri 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından az qala bir il keçir. Bu bir il ərzində Rusiya “sülhməramlı”ları nəinki Azərbaycanın etirazlarına məhəl qoyub, əksinə öz məsuliyyət ərazilərinin coğrafiyasını özbaşına genişləndrməyə belə cəhd edirlər.

Prezidentin “həllini tapmalıdır” dediyi o “bəzi digər məsələlər” sırasında, çox güman ki, Rusiya “sülhməramlı”larının müəmmalı, məkrli “xəritə oyunları” da var. Eyni zamanda cəmiyyəti narahat edən başqa bir olay – Rusiya hərbçilərin Şuşaya getmək istəməsi haqda məlumatların yayılmasıdır. Eləcə də, bu məlumatlara şərh verilməməsi. Rusiya “sülhməramlı” kontingenti özünü az qala işğal ordusu kimi aparmağa meyllənir. Bunu görməmək mümkün deyil. Qarabağda xidmət edən Rusiyalı zabitlərin erməni qadınlarla qeyri-qanuni, əxlaqdankənar münasibətləri bu cür “işğalçı” davranışlarına bənzəyir.

Əlbəttə, deyilə bilər ki, bu nikahdankənar münasibətlər, “eşq macəraları” onların öz şəxsi həyatı, şəxsi işidir. Ancaq məsələnin başqa tərəfi var: Rusiya hərbi qulluqçuları öz məsuliyyət ərazilərində yaşayan ermənilərlə sözün bütün mənalarında fiziki yaxınlaşdıqca, orda hələ də qalmaqda olan separatçılıq meyllərini də “anlayışla” qarşılamağa başlayırlar. İndiyə qədər siyasi, hərbi-siyasi baxımdan yaxın olanlar bir də... bir növ “qohumlaşırlar”. Əslində isə, o bölgədəki Rusiya hərbi qulluqçuları neytrallığına şübhə yaradacaq heç bir addıma, heç bir münasibətə yol verməli deyillər. O cümlədən, Xankəndidə erməni uşaqlarına silah təlimi keçmələri də doğru addım deyil. Biz hələ bölgə əhalisinin silahlandırılmasına yarımgizli dəstək verilməsini demirik. Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında hələ də “Dağlıq Qarabağ” ifadəsi yer alır. Ancaq, əlbəttə ki, ən əsas problemlərdən biri “Laçın dəhlizi” adlandırılan yolun Rusiya “sülhməramlı”larının nəzarətində olmasıdır.

Məlum olduğu kimi, hazırda İranla Azərbaycan arasında gərginlik var. Əgər Rusiya hərbçiləri öz mandatına əməl edib, İran maşınlarının Xankəndiyə və başqa ərazilərə qanunsuz olaraq daxil olmasını dayandırmış olsaydı, bu gün İranla Azərbaycan bu nöqtəyə gəlib çıxmazdı. “Laçın dəhlizi”nə nəzarət edən Rusiya hərbçiləri də İran şirkətləri qədər Azərbaycanın suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmətsiz yanaşma göstəriblər. Ümumiyyətlə, Rusiya “Laçın dəhlizi”nə niyə təkbaşına nəzarət etməlidir? Orda Azərbaycan əsgərləri də öz postlarını quraraq xidmət aparmalıdır. Çünki hansısa bölgələr Rusiya “sülhməramlı” kontingentinin məsuliyyət ərazisi ola bilər, ancaq Azərbaycanın suveren ərazisidir axı. Hansısa üçtərəfli bəyanat Azərbaycan Konstitusiyasından və qanunlarından üstün qüvvəyə sahib ola bilməz. Ancaq biz hazırda bunun əksini görürük.

Bu cür davranışların siyahısını uzatmaq da olar; çox faktlar var. Biz hamısını sadalamırıq. Prezidentin “bəzi digər məsələlər” dediyi “bəzi” deyil, artıq kütləvidir. Əslində Rusiya elə ilk günlərdən üçtərəfli sazişi pozub; “sülhməramlı”ların şəxsi heyətini bölgəyə nəzərdə tutulduğundan daha çox gətirib. Eləcə də, ora ağır texnika daşıyıb yığıb. Və sonra da məsuliyyət ərazisimi məsuliyyətsizcəsinə genişlətməyə çalışıb. Bundan başqa Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini faktik olaraq iflic, daha doğrusu, öz marağından asılı vəziyyətə salıb. Bunlar “bəzi məsələlər” deyil, çox ciddi məsələlərdir. Rusiya Müdafiə Nazirliyinin, Azərbaycanın etirazlarını cavabsız buraxması isə, daha da ciddi problemlərdən xəbər verir. Bu da işğal ordusu davranışlarına bənzəyir. Yumşaq desək...

Seyid Əhmədli, Bizimyol.info

Football news:

The grandstand collapsed under Vitesse's fans: they celebrated a guest victory with the players and flew down
Mourinho on Juve - Roma: Some have won 9 out of 10 championships, the second - 0 out of 10. But during the game you can forget about it
Gary Neville: Conte is a great coach, but Manchester United is not suitable
Rice is Man City's priority target. The West Ham midfielder is seen as a replacement for Fernandinho
Salernitana fired Castori and appointed Colantuono as coach. She is the 20th after 8 rounds of Serie A
Do you remember how Mourinho trolled Juve fans, put his palm to his ear? He's in Turin for the first time since
The Tottenham and Newcastle game was Interrupted due to a fan's health problems. A defibrillator was needed