Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qarabağın erməni sakinləri Laçın keçid məntəqəsindən maneəsiz hərəkət edirlər

Qarabağın erməni sakinləri Laçın keçid məntəqəsindən maneəsiz hərəkət edirlər

Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri dövlətlərarası sərhəddə yerləşən Laçın buraxılış məntəqəsini sərbəst şəkildə keçməkdə davam edirlər.

Trend-in məlumatına görə, yeni yayılan kadrlarda onların keçidi prosedurunun Xankəndi-Gorus istiqamətində həyata keçirildiyi aydın görünür.

Mülki vətəndaşların Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobili ilə keçidi təmin edilib.

Qeyd edək ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.

Həmin videonu təqdim edirik: