Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Qayınatam yenidən evlənməyimə icazə verib"

"Qayınatam yenidən evlənməyimə icazə verib"

"May ayının 30-u idi, gecə dedi ki, gedək biraz dəniz havası alaq. Sual verdi ki, Röyal, hər gün gələ bilərik bura? Cavab verdim ki, əlbətdə. Uşaq kimi elə sevindi ki,... Mən onun bu gülüşünü dərhal çəkmək istədim. O, mənə baxıb güldü. Bəli, bu nur üzlü xanım mənim həyat yoldaşımdır və mən o şanslı kişiyəm ki, bu cür namuslu, islamı, insanları sevən bir xanımla ailə qurmuşam".

Dau.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.   

Həmçinin oxuyun: "Ülviyyə, sən mənim səhhətimə ağır zərbə vurdun, bu sən deyilsən, nə olub sənə?" - Afaq Bəşirqızı

Aktrisanın əri bildirib ki, qayınatası onun yenidən evlənməsinə razılıq versə də, o belə bir niyyətdə olmadığını söyləyib:

"Qayınatam mənə söylədi ki, "Röyal, sənə icazə verirəm ailə qur". Mən dedim ki, mən evliyəm və mənim ailəm var, sadəcə dünyasını dəyişib.  

Nur üzlü yarım, övladımın anası, axirətdə görüşənədək. Sadəcə səbr edəcəyəm".  

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var.