Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qeybətin insan həyatına 10 MÜSBƏT TƏSİRİ

Qeybət bütün dünyada mənfi məna kəsb etsə də, müsbət cəhətləri də yox deyil. Əslində qeybətin bizə o qədər faydası var ki, inanmaya bilərsiniz. Alimlər sübut edir ki, onun qrammatikanı təkmilləşdirməkdən tutmuş, empatiya öyrətməyə qədər bir çox yaxşı cəhətləri var. 

Keçmişdən bu günə qeybətin bəşəriyyətə nə kimi faydaları var?

Milli.Az lent.az-a istinadən qeybətin insanlıq üçün faydalarını təqdim edir:

1. Qeybətin dillərin inkişafında böyük rolu var

Dil - bu, bizim digər insanlarla ünsiyyətimizi təmin edən, öyrənmə və öyrətmə kimi bacarıqlar əldə etməyi mümkün edən elementdir. Duyğular və düşüncələr də dil sayəsində inkişaf edir. Bütün bu işləri öz üzərinə götürən dilin yanacağı qeybətdir. Atalarımız qeybətdən ictimailəşmək üçün istifadə edirdilər. İndikindən daha böyük qruplarda yaşayan insanlar üçün qeybət əldə edilmiş məlumatların işlənməsini asanlaşdıran bir məşhur vasitə idi.

2. İnsanların sağ qalması

Tədqiqatçılar qeyd edirlər ki, insan yalnız qeybətin mənfi tərəflərinə diqqət yetirməməlidir. Əvvəllər ünsiyyətin ürəyi olan qeybət sayəsində insanların sağ qalması daha asan idi. Əlaqə yaratmaq üçün dedi-qodudan istifadə edən əcdadlarımız bununla da informasiyanı daha geniş auditoriyaya çatdırıb. 

3. Bəzi tədqiqatçılar dedi-qoduya "mədəni öyrənmə"nin sübutu kimi baxırlar

Mədəni öyrənmə - zamanla inkişaf edən və cəmiyyətdə nəyin qəbul olunub, nəyin qəbul olunmadığını müəyyən edən elementləri ifadə edir. Ona görə də cəmiyyətin etik anlayışı kimi məsələlər bu yolla əldə edilir. Qeybət bunun sübutudur, çünki mədəni öyrənmə insanlar öz təcrübələrini bir-biri ilə bölüşdükcə inkişaf edir. Məsələn, insanın davamlı yalanları yayıldıqca cəmiyyət ona qarşı durur və insanlar yalanın pis olduğunu başa düşürlər.

4. Qeybət stressli anlarda rahatlamağa kömək edir

2012-ci ildə aparılan bir araşdırmaya görə, insanlar dedi-qoduda passiv və ya aktiv şəkildə iştirak edirlər. Başqasının əxlaqsız hərəkətlərini dinləyənlərin nəbzinin sürətləndiyi müəyyənləşib. Əksinə, öz təcrübələrini danışan iştirakçıların nəbzinin yavaşladığı və sakitləşdiyi müşahidə olunur. Ona görə də stressli vəziyyətlərdə kiminləsə bunu paylaşan, yəni dedi-qoduda aktiv iştirak edənlərin tez sakitləşdiyini söyləmək olar.

5. Qeybət bir cəmiyyətdə birlik hissinə müsbət təsir göstərə bilər

Başqa bir araşdırmada, cəmiyyətdə eqoist davranan insanların dedi-qodu ilə tez bir zamanda təsbit edildiyi və cəmiyyətdən kənarlaşdırıldığı qeyd edildi. Tədqiq olunan qruplar arasında iştirakçıların söhbətlər vasitəsilə kimin cəmiyyətin xeyrinə, kimin isə öz xeyrinə işlədiyini müəyyən edə bildiyi müşahidə olunub. Bu, məsələn, iş yerlərində yayqındır və ofis həyatı üçün çox faydalıdır.

6. Qeybət partnyorunuz və ya dostlarınızla münasibətlərinizin keyfiyyətini ortaya qoyur

Danılmaz bir həqiqətdir ki, münasibətlərdə ən vacib şey güvəndir və dedi-qodu etmək üçün seçdiyiniz insanlar adətən etibar etdiyiniz insanlardır. Bir sirri və ya təcrübəni paylaşdığınız zaman o insanla yaxınlığınız artır. Beləliklə, qeybətin tənhalığın qarşısını aldığını və insanlara yaxınlaşmağın başqa bir yolu olduğunu söyləmək olar.

7. Qeybət qrammatikanın qurulmasında böyük rol oynayır

İnsanlar arasında ünsiyyət inkişaf etməyə başlayanda qrammatika bir anda qurulmadı. Onlar sadə əmrləri deyil, daha mürəkkəb hadisələri bir-birlərinə çatdırmağa çalışdıqca qrammatika zaman keçdikcə təkmilləşməyə başladı. Burada dedi-qoduların oynadığı rolu təxmin edə bilərsiniz.

8. Qeybət edən insanlarda empatiya qabiliyyəti artır

Təcrübələrini bölüşən insanlarla ünsiyyət quranlar zaman keçdikcə başqa insanlarla daha asan empatiya qurmağa başlayırlar. Sizi incidən biri ilə bağlı xatirələrinizi dostunuzla bölüşmək çətin emosiyaların öhdəsindən gəlməyi asanlaşdırır və utanc hissini boğur.

9. Qeybət bəzi problemlərin həllini asanlaşdırır

Çətin vəziyyətdə olan dostunuza dedikləri barədə fikir verməklə ona dəstək ola bilərsiniz. Eynilə, eyni vəziyyətdə olduğunuz zaman, probleminizi paylaşdığınız insanlardan həll yönümlü cavablar ala bilərsiniz. Beləliklə, iş və ya məktəb həyatınızla bağlı yazılarınız sizə yeni perspektivlər təqdim edir.

10. Qeybət bu gün sosial və struktur problemlərini üzə çıxarmağa kömək edir

"MeToo" cərəyanı kimi, qeybət də insanların boğduqları və gizlətdikləri problemləri üzə çıxarmağa, ittiham və mühakimə olunmaqdan qorxmadan ortaya çıxmasına şərait yaratdı. Beləliklə, qeybətə baxış da müəyyən mənada dəyişdi. Bundan əlavə, pandemiyada təkbaşına vaxt keçirmək insanlara bir-biri ilə oturub dedi-qodu etməyin dəyərini xatırlatdı.

Unutma! Qeybətin dozunu qaçırmaq heç vaxt xoş deyil. Bu da zamanla çox mühakimə edən bir insan olmağınıza səbəb ola bilər. Ona görə də hər şeyin artıqlığının zərərli olduğunu bir daha xatırladırıq.

Milli.Az