Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qırğızıstan və Tacikistan sərhədində münaqişə: silah səsləri eşidildi

Qırğızıstan-Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib. Qırğızıstan vətəndaşı havaya üç dəfə xəbərdarlıq atəşi açıb.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti şənbə günü bildirib.

Məlumata görə, avtomobillə Somonien (Tacikistan) kəndi ilə Daxma kəndi istiqamətində hərəkətdə olan Qırğızıstan vətəndaşı ilə Tacikistan vətəndaşları arasında atışma baş verib. Taciklər qırğızlara qarşı nalayiq ifadələr işlətməyə başlayıblar və onların arasında dava düşüb.

“Münaqişənin genişlənməsinin qarşısını almaq məqsədilə Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Baş verənlərin şəraiti və səbəblərini aydınlaşdırmaq üçün hazırda Batken və İsfara bölmələrindəki Qırğızıstan və Tacikistanın sərhəd nümayəndələri arasında görüş keçirilir”, - komitədən bildirilib.

Bu arada Tacikistan tərəfi bir nəfərin xəstəxanaya yerləşdirildiyini qeyd edib. (Oxu.az)