Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qış üçün ən faydalı tərəvəz olduğu üzə çıxdı

Çoxsaylı tədqiqatlar müxtəlif növ kələmlərin böyük faydaları olduğunu göstərir.

Publika.az xəbər verir ki, bu barədə diyetoloq, terapevt, tibb elmləri namizədi, "Federal Qidalanma və Biotexnologiyalar üzrə Federal Tədqiqat Mərkəzi" Federal Dövlət Büdcə Qurumunun əməkdaşı Tatyana Solnçeva "kp.ru"ya müsahibəsində danışıb.

Həkim bildirib ki, bütün kələmlərin kalorisi çox aşağıdır, lakin hər bir növü vacib qida elementləri və liflə zəngindir. Sadəcə 100 qram tərəvəz lifin gündəlik tələbatının 10%-ni ehtiva edir. Məsələn, kələm görmə qabiliyyətini və retinanı qorumaq üçün faydalı olan beta-karotenoidlərin (lutein və zeaksantin) yüksək tərkibi ilə seçilir.

Bundan əlavə, kələm fəsiləsinin bütün növləri fitonutrientlərlə zəngindir. Brokkolinin tərkibində iltihabla aktiv mübarizə aparan və xərçəngin qarşısının alınmasına kömək edən sulforafan var. Həmçinin, tərəvəz C vitamini anbarı sayılır. Brüssel kələmində isə sitrus meyvələri və kividən daha çox C vitamini var.

Həmçinin diyetoloqun sözlərinə görə, kələmçiçəyikimilər fəsiləsinə aid olan məhsulların tərkibində həzm sistemində müəyyən şişlərin, qadınlarda hormondan asılı onkologiyanın inkişafının qarşısını alan çoxlu antioksidantlar, polifenollar var. Yeri gəlmişkən, kələmdə olan indol-3-karbinol və askorbigen qadınlar üçün vacibdir, onların estrogenlə əlaqəsini elm adamları sübuta yetirib.

Bundan əlavə, Solnçevanın sözlərinə görə, xərçəng xəstəliklərinin profilaktikasında və müalicəsində istifadə olunan bioloji aktiv əlavələrinin bir hissəsi kələmdən hazırlanır. Məsələn, brokkolinin tərkibində olan sulforafan əlavələri xərçəng müalicəsində tövsiyə olunur.

Aytən Məftun