Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qısaboylu adamlarda bu xüsusiyyətlər OLUR

İtaliyanın Padua Universitetinin rəhbərlik etdiyi araşdırmada beynəlxalq psixoloqlar qrupu qısa boylu insanların çoxunda düşmənçilik hissinin olduğunu müəyyən ediblər. 

Milli.Az lent.az-a istinadən bildirir ki, psixologiyada narsisizm, makiavelizm və psixopatiya kimi şəxsiyyət xüsusiyyətlərini ehtiva edən qaranlıq üçlük anlayışı var.

Bu xüsusiyyətlər başqalarına zərər verir, çünki onlar insanın manipulyasiya, sinizm, narsisizm və yalana meyli ilə əlaqələndirilir. Alimlərin fikrincə, qısaboylu və boyundan narazı olan insanlarda bu xüsusiyyətlər üstünlük təşkil edir.

Tədqiqatda sadalanan xüsusiyyətləri qiymətləndirmək üçün anket dolduran, həmçinin boylarını və hündür olmaq istəyi və ya istəmədiklərini bildirən 367 yetkin iştirak edib. Qısa insanlar və uzun boylu olmaq istəyənlər daha çox psixopatiya, narsisizm və makiavelizm nümayiş etdirməyə meyllidirlər.

Üstəlik, boy və narsisizm arasında mənfi əlaqə kişilər arasında daha güclü idi. Amma psixopatiya və makiavelizm səviyyəsi iştirakçıların cinsindən asılı deyildi.

"Çox güman ki, bu, təkamül nöqteyi-nəzərindən insanlar fiziki cəhətdən güclü ola bilməyəndə, psixoloji cəhətdən qorxunc olurlar", - alimlər izah ediblər.

Milli.Az