Azerbaijan

Qohumlar arasında cinsi təcavüz:

Yeniyetmə və azyaşlı uşaqları nəzarətsiz qoymaq olmaz.

Milli.Az xəbər veri ki, bu sözləri axar.az-a açıqlamasında psixoloq Təhmasib Cavadzadə son günlər bir tanınmış şəxsin ailəsində yeniyetməyə qarşı baş verən təcavüz aktı haqda danışarkən deyib.

Onun sözlərinə görə, uşaqlara, yeniyetmələrə, hətta gənc qadınlara qarşı cinsi zorakılıq hallarına daha çox qohum-əqrəba daxilində rast gəlinir:

"Bizə müraciət edənlərdən görürük ki, ilk cinsi pozuntular, təcavüzlər ailə üzvləri, qohum-əqrəba, yaxın adamlar tərəfindən olub. Ümumiyyətlə, uşaqların və yeniyetmələrin cinsi tərbiyəsində belə bir qayda var ki, uşaq və yeniyetməni yaşıdı və yaxud özündən nisbətən böyük yeniyetmə və gənclə tək qoymaq olmaz. Çünki hər ikisinin cinsi inkşaf vaxtıdır və ağıla azdırıcı fikirlər gələ bilər. Çox təəssüf ki, bir çox valideynlər belə mövzulara diqqət yetirmirlər".

Psixoloq bildirib ki, cinsi istismar halları üçün ən təhlükəli dövr yeniyetməlik yaşıdır:

"Yeniyetmələrdə cinsi inkişaf, hormonal dəyişiklər baş verir və hələ tam formalaşmamış təsəvvürlər orqanizmdə baş verən prosesi idarə etməkdə çətinlik çəkir. Yeniyetmələr nəticəni dərk edə və bəzi hallarda buna psixoloji müqavimət göstərə bilmirlər.

Yeniyetməlik yaşında olan şəxslə valideynlərin ünsiyyəti mütləq sıxlaşmalı, onlarla fərqli davranılmalı, nəzarət artırılmalıdır. Mümkün olduqca həmin dövrdə onların cinsəl inkişafını nəzərə alaraq, psixoloji söhbət aparılmalı və hər şey izah edilməlidir. Mümkün olduqca onları tək qoymamaq lazımdır, hətta dogma olsa belə, fərqli cinsdən olan yeniyetmələri bir yerdə uzun müddət birgə qoymaq olmaz. Həmçinin yeniyetmələrə tanımadıqları insanlarla ünsiyyətə girməmələri, tanıdıqları ilə belə məsafəli davranmaları tövsiyə edilməlidir".

Milli.Az

Football news:

Dybala's house was robbed in his absence. Thieves took out a collection of watches
The talent from the Netherlands just disappeared. He left Juventus on loan, asked for leave to return home - and disappeared
PSG offered Fati a salary of 15 million euros a year and a signing bonus of 30 million euros. They wanted to sign him to replace Mbappe
Beppe Marotta: Lukaku went to Chelsea to get twice as much. After selling him for 115 million, Inter signed Dzeko for free - there is no difference
Pogba on vegan cleats: It's bold and unique. I can't wait to go out on the field in them
Julian Nagelsmann: There is no compulsory vaccination either in Germany or in Bavaria. I am for vaccination
Sulscher on Ronaldo and Salah: I will be on Cristiano's side in any dispute. But now Mohamed is on fire