Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qolovinlə görüşən Malinovskini linç edirlər: "Rus əsgərini belə qucaqlaya bilərsən?"

Ötən şənbə günü ukraynalı Ruslan Malinovskinin çıxış etdiyi “Marsel” Liqa 1-in 20-ci turunda rusiyalı Aleksandr Qolovinin formasını geyindiyi “Monako”yla qarşılaşıb.

Publika.az xəbər verir ki, hakimin final fitindən sonra müharibə edən ölkələrin nümayəndələri hərəkətləri ilə diqqət mərkəzinə düşüblər. Onlar heç nə olmamış kimi qucaqlaşıblar.

Ukraynalı futbolçunun bu addımı həmyerliləri tərəfindən birmənalı qarşılanmayıb. Pərəstişkarları Malinovskinin hərəkətinə dərhal qəzəblə reaksiya veriblər. Onların bir qismi “İnstaqram” səhifəsində Ruslana sərt şərhlər yazıblar:

“Malina, Ukraynaya gəl, burada hiss etdiyimizi hiss et. Ondan sonra sən bu başsızı qucaqlaya bilərsən? Onların hamısı eynidir!”

“Bəs Qolovinlə qucaqlaşma şəkli haradadır? Siz futbolçular niyə belə prinsipsiz axmaqsınız?

"Rus dünyasının qucağında özünü necə hiss edirsən?"

"Sənə baş niyə lazımdır? Sadəcə topa vurmaq üçün? Nə etdiyinizi bir az düşünün”.

"Rus hərbçisini Mariupolda belə qucaqlaya bilərsən?"

“Ruslan, rusla qucaqlaşdıqdan sonra səni millidə istəmirik, satqın! Bundan sonra sən birdən çox pərəstişkarını itirmisən və Yəhudanı qucaqlamağına görə cavab verəcəksən”.

Maraq üçün qeyd edək ki, bir müddət əvvəl Rusiya və Ukrayna münasibətləri barədə danışan Ruslanın həyat yoldaşı Roksana da oxşar xoşagəlməz vəziyyətə düşüb.

Heybət