Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Qoz xərçəng şişlərindən qoruyur

Düz bağırsaq xərçəngi bütün dünyada ən yayılmış xərçəng növlərindən biridir.

Amerika alimləri son araşdırmada sübut ediblər ki, qozun istehlakı düz bağırsaq xərçənginin riskini 2 dəfə azaldır.

Alimlərin fikirinə görə, qoz bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqların daha yaxşı təmizlənməsinə kömək edir, qəbizliyi aradan qaldırır ki, bütün bunlar xərçəngin inkişafının qarşısını alır.

Həmçinin qozun tərkibində olan yağlı turşular və E vitamini də qozun şişəleyhinə təsirini gücləndirir.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, bundan əvvəl Hollandiya alimləri də qozun orqanizmə olan təsirini araşdırıblar. Onlar sübut ediblər ki, qozun gündəlik qəbulu ani ölümünün riskini azaldır. Tədqiqatçılar hər gün 15 qr qoz yeməyi tövsiyə edirlər.

Milli.Az