Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rəşad Nəbiyev Selçuk Bayraktarla görüşüb - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan "TEKNOFEST" İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazir bu barədə öz "Facebook" hesabında bildirib.

Qeyd edilib ki, görüşdə 26 - 29 mayda Bakıda keçiriləcək "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalına hazırlıq işləri müzakirə olunub.

Milli.Az