Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rahibi kilsədən qovdular - Sərxoş halda dəfn mərasiminə gəlib və ...

Polşada camaat sərxoş olduğunu gördükləri keşişi dəfn mərasimindən qovub.

Milli.Az musavat.com-a istinadən bildirir ki,sərxoş keşiş yepiskop tərəfindən dərhal işdən çıxarılıb.

O, işdən çıxarıldıqdan sonra mərasimə başqa bir keşiş rəhbərlik edib.

Polşanın şimalındakı Oleçko şəhərində keçirilən dəfn mərasimində gərgin anlar yaşanıb. Dəfn üçün həyatını itirənlərin yaxınları kilsədə olarkən mərasimə rəhbərlik edəcək keşişin gəlmədiyi diqqət çəkib. Daha sonra bir nəfər keşişi maşınla kilsəyə aparıb. Lakin camaat mərasimin başlamasına az qalmış keşişin çox sərxoş olduğunu anlayıb. Bu vəziyyətə qəzəblənən camaat sərxoş keşişi kilsədən qovub.

Cənazə sahibləri şəhərin Elk yeparxiyası ilə əlaqə saxlayıb və dərhal dəfn üçün başqa bir keşişin göndərilməsini istəyiblər. Kilsəyə göndərilən başqa bir keşiş dəfn mərasimini yerinə yetirib, yeparxiya isə sərxoş keşişi işdən qovub. Adı açıqlanmayan 50 yaşlı keşişin spirt asılılığı müalicəsinə sövq edildiyi öyrənilib.

Yeparxiya bəyan edib ki, 23 ildir xidmət edən keşişin alkoqol əleyhinə müalicəsindən nəticə çıxmazsa, onun din xadimi statusuna xitam veriləcək.

Milli.Az