Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ramil Qasımovun Hersoq Mantuanski rolunda ilk debütu maraqla qarşılandı - VİDEO - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Riqoletto" operasının tamaşası təqdim olunub.

C.Verdi yaradıcılığının ən dəyərli nümunələrindən biri hesab olunan "Riqoletto" operasının librettosu fransız klassik Viktor Hüqonun "Kral əylənir" dramının süjeti əsasında qələmə alınıb.

Tamaşada əsas partiyaları Belqrad Milli teatrının aparıcı solistiMatiç Draqutin (Riqoletto),Azərbaycanın Əməkdar artistləri Ramil Qasımov (Hersoq Mantuanski), İnarə Babayeva (Cilda) ifa ediblər. Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov, Əməkdar artistlər Səbinə Vahabzadə, Tural Ağasıyev, solistlər Fəhmin Əhmədli, Nina Makarova, Mələk İsrafilova və Rza Xosrovzadə iştirak ediblər.Xalq artisti, dirijor Fəxrəddin Kərimovun idarə etdiyi tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteriƏməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Ramil Qasımovun Hersoq Mantuanski rolunda həyəcanlı, məsuliyyətli və olduqca xoş keçən ilk debütu tamaşaçıların və xüsusən pərəstişkarlarının coşğulu alqışları ilə qarşılandı. Ramil Qasımov və hər bir ifaçının dəbdəbəli, valehedici və gözəl səhnə geyimləri tamaşaçılarda unudulmaz obrazlar təssüratı yaratdı.Zahirən cazibədar, aristokratik, nəzakətli və cazibədar Hersoq R.Qasımov israrla Cilda İnarə Babayevanın rəğbətini, inancını, onun sevgisini qazanmağa çalışırdı.

Ümumiyyətlə, bu teatr mövsümündə Əməkdar artislər R.Qasımovla, İ.Babayevanın vokal tandemi olaraq heyrətamiz, diqqətəlayiq ifalarını xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Akademik Opera və Balet teatrının orkestrin müşaiyəti böyük dinləyici rəğbəti ilə qarşılandı.

Sonu faciəli olan operanı tamaşaçılar böyük maraqla qarşıladılar, bütün hissələrihəvəslə izlədilər və zaldakı ayaq üstə alqışlara görə əminliklə qeyd edə bilərik ki,ifaçıların çıxışlarından tam razı qaldılar.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.Az, Azernews.az