Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Ərdoğan və Angela Merkel görüşdü (YENİLƏNDİ)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.

Liderlər İstanbulun Huber malikanəsində bir araya gəliblər.

Görüşdə ikitərəfli əlaqələrin hazırki vəziyyəti, regional məsələlər, həmçinin miqrasiya va qaçqınlar problemi müzakirə olunub.

Prezident və kansler malikanənin eyvanından İstanbul boğazını izləyiblər. R.T.Ərdoğan A.Merkelə boğaz haqqında məlumat verib. Onlar, həmçinin sahildəki vətəndaşları, o cümlədən jurnalistləri salamlayıblar.

Liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir. (report)

xxx

Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri başlayıb.

Publika.az xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Liviya, Suriya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.