Ərdoğan xalqı 14 may seçkilərində gələcəyi qorumağa və düzgün qərar verməyə çağırıb.
Publika.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan mayın 14-də seçki günü türk xalqını gələcəklərini qorumağa çağırıb. Dövlət başçısı əmindir ki, onun xalqı düzgün qərar verəcək.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Prezidentliyə namizədlərin yekun siyahısında “Cümhuriyyət Alyansı”ndan vahid namizəd kimi hazırkı dövlət başçısı, 69 yaşlı Ərdoğan, müxalifətin “Xalq Alyansı”ndan isə vahid namizəd, 74 yaşlı Kamal Kılıçdaroğlu, həmçinin “Məmləkət” partiyasının lideri, 58 yaşlı Məhərrəm İncə və Ata ittifaqının namizədi, 55 yaşlı Sinan Oğan var.
Artıq cümə günü prezident seçkiləri ilə bağlı rəsmi təbliğat başlayıb.