Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Real" ulduz futbolçunu gətirir

"Real" heyətini ulduz futbolçu ilə gücləndirməyə yaxındır.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "kral klubu" "Benfika"nın hücumçusu Darvin Nunezi transfer edəcək. Mbappe planı "suya" düşən madridlilərin hazırkı hədəfi uruqvaylı oyunçudur.  Artıq İspaniya nəhəngi 22 yaşlı forvardla danışıqlara başlayacaq. Onun Lissabon təmsilçisi ilə sözləşməsi 2025-də başa çatır.

Nunezlə İngiltərədən "Nyukasl" və "Mançester Yunayted"dən ciddi təklif var.

Qeyd edək ki, Uruqvay millisinin üzvü bu mövsüm "Benfika" formasıyla 41 qarşılaşmada 34 qol və 4 məhsuldar ötürmə edib.

Milli.Az