Reklam çəkilişindən 5 milyon qazanacaq

Atyor Burak Özçivit yeni reklam çəkilişi üçün əmlak şirkətlərindən biri ilə müqabilə imzalayıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, reklam çarxı üçün obyektiv qarşısına keçəcək olan aktyor bir illik müqavilə qarşılığında şirkətdən 5 milyon lirə (təxminən 871 min 484 manat) qazanacaq.

Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında baş rollardan birini canlandırır.