Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Reperin qətlində qadın və yeniyetmə şübhəli biliniblər - VİDEO

Soyğun zamanı qətlə yetirilən məşhur amerikalı reper və aktyor "PnB Rock"u (Rakim Haşim Allen) öldürməkdə şübhəli bilinən iki nəfər həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, şübhəlilər qadın və yeniyetmədir.

Bundan başqa, yeniyetmənin hazırda azadlıqda olan atası da cinayətdə ittiham olunur.

Xatırladaq ki, "PnB Rock" Los-Ancelesdə restoranda sevgilisi Stefani Sibunheuanq ilə nahar edərkən qarət edilib və ölümcül yaralanıb. Polisin məlumatına görə, soyğunçunun qurbanı silahla hədələdiyi barədə görüntülər var.

Cinayətkar artistin bütün qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçmışdı.

Qeyd edək ki, musiqiçi və bəstəkar kimi də şöhrət qazanan mərhum rep ifaçısının ən populyar mahnısı "Selfish" olub.

Onun iki azyaşlı qızı qalıb.

Milli.Az