Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Röya onu döyən pərəstişkarlarına təşəkkür etdi

Xalq artisti Röya Ayxanın anşlaqla başa vurduğu üçgünlük konsert proqramında başına iş gəlib.

Publika.az xəbər verir ki, sənətçi bu barədə instaqramda status paylaşıb. Estrada ulduzunun sözlərinə görə, o, pərəstişkarları ilə qucaqlaşdığı, şəkil çəkdirdiyi anlarda ona xırda xəsarətlər yetiriblər:

“Gələn konsertdə dəmirdən paltar geyinəcəyəm. Sizi sevirəm, məni döydüyünüz üçün təşəkkürlər. Əllərimi yeni görürəm, bu hissələrimi hələ demirəm (qolunu göstərir, - red.). Belə sevgimi olar? Döydülər (gülür)”.