Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Rüfət qol vurdu, komandası darmadağınla uduzdu

Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı üzvü Rüfət Dadaşovun da çıxış etdiyi "Şalke"nin ikinci komandası səfərdə Düsseldorf "Fortuna"sının ikinci komandası ilə qarşılaşıb. "Şalke-2" bu oyunda darmadağınla məğlub olub- 1:5.

Rüfət də bu oyunun iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. "Şalke"nin yeganə qolunu da Dadaşov vurub. Millimizin hücumçusu 59-cu dəqiqədə penalti zərbəsindən dəqiq yararlanıb.

Qeyd edək ki, "Şalke 2" turnir cədvəlində 13-cü pillədə qərarlaşır.

Milli.Az