Runi haqda film çəkilir

"Mançester Yunayted" və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi haqda sənədli film çəkilir.

Day.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş hücumçu Britaniya mətbuatına açıqlamasında özü məlumat yayıb. O, filmin 2022-ci ilin əvvəlində nümayiş olunacağını bildirib.

Qeyd edək ki, Runi hazırda İngiltərənin "Derbi Kaunti" klubunun baş məşqçisidir. O, futbolçu karyerası ərzində 2004-2017-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Runi İngiltərə yığmasında 120 oyunda 53 qol vurub.