Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya qalib gəlsə, dünya düzəni belə olacaq

Rusiyanın qələbəsi çoxqütblü dünyaya keçidin təməlini qoyacaq.

Publika.az "MK.ru"ya istinadən xəbər verir ki, rusiyalı filosof Aleksandr Duqin bu cür düşünür. O hesab edir ki, Rusiyanın Ukrayna üzərindəki zəfəri birqütblü modelin tərəfdarı olan qlobalistlərin məğlubiyyəti ilə nəticələnəcək.

Duqin “Bizə hansı Ukrayna lazımdır?" adlı forumda "Çoxqütblülük şəraitində Qərb beynəlxalq siyasətin əsas iştirakçılarından biri olaraq qalacaq, lakin birqütblülük sona çatacaq və onun tərəfdarları rüsvay olacaqlar" deyib.

Onun fikrincə, Qərb Rusiya və Ukraynanın qardaş xalqlarını bir-birinə qırdırmağa çalışır.

Mehti Kamiloğlu
Publika.az