Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Rusiya Ukraynanı kapitulyasiyaya məcbur edir!"

Rusiya qorxu və panika yaymaqla Ukraynanı təslim olmağa məcbur etmək istəyir. Ukrayna heç vaxt bu qədər qan tökən Rusiya rejiminə ərazi güzəştlərinə razı olmayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

"Onlar bizi təslim aktı imzalamağa məcbur edəcək qədər xaos, panika və qorxu yaratmağa çalışırlar. Bu, alınmadı. Biz o əhval-ruhiyyədə olmağa belə yaxın deyilik", - Reznikov bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi göstərdi ki, Ukraynanın müttəfiqləri onları müdafiə etməkdən daha çox insan hüquq və azadlıqlarından danışırlar.

Nazir Qərbin bürokratiya və praqmatizminin onun dəyərlərindən qat-qat güclü olduğunu söyləyib.

Milli.Az