Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya xaricdən gələnləri 2 həftəlik karantinə alacaq - Omikrona görə

Rusiya bu gündən etibarən "Omikron" aşkarlanmış bütün ölkələrdən Rusiyaya gələn hər kəsi 2 həftəlik karantinə alacaq.

Milli.Az xəbər verir ki,bu barədə Rospotrebnadzorun rəhbəri Anna Popova bildirib.

"Rusiya Omikron virusunun yayıldığı ölkələrlə aviauçuşları dayandırmır, lakin vətəndaşlarımız xəbərdarlıq və riskə baxmayaraq o ölkələrə gedib qayıdarlarsa, dərhal karantinə göndəriləcəklər. Biz bu addımı atmağa məcburuq. Operativ məlumata görə, yüzlərlə rusiyalı o ölkələrdən qayıdır və qayıdacaq.

PZR testin müddətini isə 3 sutkadan 2 sutkaya endirdik. Ölkə əhalisini sürətlə yayılan Omikrona qarşı qoruma tədbirləri davam edəcək". /medicina.az

Milli.Az