Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya XİN: Moskvanın Cənubi Qafqaz hədəfi...

Rusiya 2021-ci ilin dekabrında işə salınmış 3+3 Məşvərətçi Regional Platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə) işini təşviq etməyi hədəfləyir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

“Biz regional oyunçuların maraqları naminə əməkdaşlığın gücləndirilməsi üzrə praktiki məsələlərə diqqət yetirilməsi planlaşdırılan bu platformanı faydalı və vaxtında hesab edirik”, - Rusiya XİN-in bəyanatında deyilir.

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyə arasında indi yenidən intensivləşən münasibətlərin yaxşılaşdırılması prosesində Rusiya tərəfinin iştirak edib-etməməsi ilə bağlı suala cavab olaraq bunları bildirib: “Bu təşəbbüs Rusiyanın himayəsi altında 2022-ci ilin yanvarında başlayıb. Moskvada ilk dəfə Ermənistanın xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç bir araya gəldi. Bu gün onların hər ikisi ilə sıx əlaqə saxlayırıq. Biz regional vəziyyətin daha da yaxşılaşmasına töhfə verəcək Ermənistan-Türkiyə əlaqələrinin bərpası üçün perspektivlər açan son hadisələri alqışlayırıq”.

Rusiyanın Cənubi Qafqaz strategiyası və məqsədlərini şərh edən Rusiya Xarici İşlər Nazirliyi bildirib:

“Bizi Cənubi Qafqaz respublikaları ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadəsində maraqlıdır. Diplomatiyamızın məqsədi də məhz budur.

Regionda yığılmış münaqişə potensialının aradan qaldırılması üçün intensiv işləyirik. Bu baxımdan prioritet vəzifələrdən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasıdır. Əsası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatları təşkil edir. Əminik ki, prosesin uğuru tamamilə bu üçtərəfli müqavilələrə ciddi riayət olunmasından asılıdır”.

Akqabay