Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya xüsusi xidmət orqanları İrana hücumlarla bağlı araşdırma aparır

Rusiya xüsusi xidmət orqanları İrana hücumlar barədə məlumatları təhlil edir.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov jurnalistlərə açıqlamasında deyib: “Əlbəttə ki, xidmətimiz indi baş verənlərlə bağlı daha dolğun təsəvvür yaratmaq üçün məlumatları təhlil edir. Hər halda, suveren dövlətə qarşı yönəlmiş bu cür hərəkətlər pislənməlidir”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İranda hərbi obyektə pilotsuz təyyarənin hücumunu kəskin şəkildə pisləyib. XİN qeyd edib ki, bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələr verə bilər.

Xatırladaq ki, İran hərbi infrastrukturunun bir sıra obyektlərinə zərbələr endirilib. Xüsusilə, Təbrizdəki pilotsuz təyyarə zavodu, İsfahandakı hərbi müəssisə və Malarddakı sursat anbarına hücum edilib.

Akqabay