Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiyada daha bir səfərbərlik dalğası

Rusiya daha bir səfərbərlik dalğasını istisna etmir.

Publika.az “Yevropeyskaya pravda”ya istinadən yazır ki, Rusiya hakimiyyəti “qismən səfərbərlik” adlandırılan tədbirlər çərçivəsində növbəti səfərbərlik dalğasını həyata keçirməyə başlayır.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında məlumat öz əksini tapıb.

Məlumatda qeyd edilir ki, 2023-cü il yanvarın 22-də KİV-də Rusiya sərhədçiləri ikili vətəndaşlığı olan qırğızıstanlı əmək miqrantlarının adlarının səfərbərlik siyahılarında olduğunu deyərək Rusiyanı tərk etmələrinin qarşısını aldığını bildirib.

Həmçinin, yanvarın 23-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "qismən səfərbərlik" fərmanının hələ də qüvvədə olduğunu bildirərək, Silahlı Qüvvələrin fəaliyyətini davam etdirməyin zəruri olduğunu iddia edib.

“Rusiya rəhbərliyi, çox güman ki, Ukraynada gələcək hər hansı iri hücum üçün lazım olan çoxlu sayda personalı təmin etmək yollarını axtarmağa davam edəcək, eyni zamanda, cəmiyyətdəki daxili parçalanmaları minimuma endirəcək”, - deyə icmalda vurğulanır.

Mehti Kamiloğlu