Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiyalı silah baronu amerikalı basketbolçu ilə dəyişdirildi

Rusiya Xarici İşlər Nazirliyi amerikalı Brittni Qraynerin rusiyalı Viktor Butla dəyişdirildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, mübadilənin Abu-Dabi hava limanında baş tutduğu bildirilir.

Avqustun 4-də Moskva vilayətinin Ximki rayon məhkəməsi amerikalı basketbolçu Qrayneri narkotik qaçaqmalçılığı və saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Rusiyalı Viktor But 15 ilə yaxın ABŞ-da həbsdə idi. O, 2008-ci ildə ABŞ-ın tələbi ilə Taylandda həbs edilib və ABŞ-a aparılıb.

O, ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd hazırlamaqda və terrora maddi dəstək verməkdə ittiham olunub.

2012-ci ildə Nyu-Yorkda andlılar məhkəməsi rusiyalını təqsirli bilib, o, 25 il müddətinə azadlıqdan məhrum edilib.

Səxavət