Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusların yeni dronları “Çin malı” çıxdı

Rusların yeni dronları “Çin malı” çıxdı

Rusiya telekanalları bu günlərdə yerli istehsal sayılan “Dobrınya” adlanan pilotsuz təyyarəni təbliğ edirlər.

Musavat.com xəbər verir ki, Sankt-Peterburqdakı “Almaz-Antey” zavodunda Rusiya komponentlərindən hazırlandığı iddia edilən dronların istehsalına başlanıldığı qeyd olunur.

NTV telekanalının süjetində qurğunun müxtəlif hava şəraitində və internet bağlantısı olmadan da işlədiyi bildirilib. “Kanal 5”də yayımlanan reportajda isə operatorun dronu necə idarə etdiyini göstəriblər. Lakin elə buradaca işin astarı ortaya çıxıb. Sosial şəbəkə istifadəçiləri operatorun əlində Çinin “RadioMaster TX12” pultu olduğunu görüblər. Rusiyanın dron olaraq təqdim etdiyi qurğunun özü isə yalnız korpusu dəyişdirilmiş Çin istehsalı “iFlight Nazgul5 Evoque” kvadrokopteridir.

“The Insider” saytı “Dobrınya”nın orijinalından daha çox qiymətləndirildiyini də aydınlaşdırıb. “Kanal 5”in süjetində qurğunun 130 min rubla (2130 ABŞ dolları) başa gəldiyi, üstəlik onun xarici rəqiblərindən iki dəfə ucuz olduğu deyilib. Lakin əslində belə bir dronun qiyməti təxminən 48,2 min rubldan (786 dollar, özü də pult və batareya ilə birlikdə) yuxarı deyil. “The Insider” qurğunun çəkiliş keyfiyyətinin aşağı olduğunu, əlaqə kəsildikdə və şifrələnməmiş siqnal olduqda onun geri qayıtmaq imkanının qalmadığını da aydınlaşdırıb.

Kremlyönlü kanalların xəbərinə görə, “Almaz-Antey” zavodunda “Qorınıç” adında hazırlanan başqa bir dron daha var. Lakin onun gövdəsində başqa bir marka olan “Havoc”un adı görünür.

Musavat.com