Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rüstəm İbrahimbəyovun yerinə yeni sədrin seçiləcəyi vaxt bilinib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçimi ilə bağlı idarə heyətinin ümumi iclası 31 may tarixində keçiriləcək.

Milli.Az bildirir ki, bu barədə APA-ya ittifaqın katibi Baba Vəziroğlu məlumat verib.

Qeyd edək ki, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatından sonra Xalq artisti Rasim Balayev AKİ-nin sədrliyinə namizəd kimi təqdim olunub və idarə heyəti Rasim Balayevin namizədliyini yekdilliklə təsdiq edib.

Milli.Az