Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Səfirlikdən Bakıda nümayişi planlaşdırılan anti-Türkiyə filmi barədə

Səfirlikdən Bakıda nümayişi planlaşdırılan anti-Türkiyə filmi barədə

Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Filmdə uzun illərdir, bir birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir.

Day.Az xəbər verir ki, bu barədə bu gün Almaniyanın Azərbaycandakı səfirliyi Facebook səhifəsində qeyd edib.

"Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, Landmark kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil", - deyə bildirilib.

Xatırladaq ki, anti-Türkiyə mövzusunda lentə alınmış film İraqda kürd silahlı dəstələrinin hərbi düşərgəsində təlim keçən Rojda adlı qızdan bəhs edir.