Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Səfirliyimizə qarşı törədilən terror aktında yaralanan həmkarlarımızın təxliyyəsi başa çatıb

Səfirliyimizə qarşı törədilən terror aktında yaralanan həmkarlarımızın təxliyyəsi başa çatıb

29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyyəsi başa çatıb.

Day.Az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.

"Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - deyə nazirlik bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.