Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Şəhid Elməddin Mustafayev anılıb - VİDEO

Şəhidin təhsil aldığı məktəbin həyətində bulaq kompleksinin açılışı olub.

Milli.Az Real  TV-yə istinadən bildirir ki,Qəbələ rayonunda Vətən müharibəsi şəhidi Elməddin Mustafayevin ildönümü qeyd edilib.

Mərasimdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə şəhidimizin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Daha sonra Elməddinin təhsil aldığı məktəbin həyətində xatirə bulaq kompleksinin açlışı olub.

Elməddin Mustafayev 2001-ci ildə Qəbələ rayonunda dünyaya gəlib. 2019-ci ildə hərbi xidmətə yollanan Elməddin xidmətini Füzuli rayonunda davam etdirib, 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Füzuli rayonunun bir neçə kəndinin düşmən işğalından azad olunmasında yaxından iştirak edib.Mustafayev Elməddin 2020-ci il oktyabr ayının 10-da Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elməddin Mustafayev ölümündən sonra "Vətən uğrunda","Füzulinin, Xocavəndin, Şuşanın azad olunması görə", "Cəsur döyüşçü " medalları ilə təltif edilib.

Milli.Az