Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Sərhədlərin müəyyən olunmasında hansı xəritələrdən istifadə olunacaq…

Sərhədlərin müəyyən olunmasında hansı xəritələrdən istifadə olunacaq...

"Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövründən qalma xəritələr əsasında həll edə bilər, lakin bu proses qarşılıqlı kompromislər tələb edir."

Bu barədə bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq klubunun plenar iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. Putin bildirib ki, iki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Çünki burada çox sadə, praqmatik şeylər var: "Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var".

Rusiya prezindenti həmçinin əlavə edib ki, bütövlükdə regionda uzunmüddətli həll üçün şərait yaratmaq lazımdır. Belə ki, bu şərait yalnız hər iki tərəfin əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul etməsi və hər iki tərəfin üstünlükləri qiymətləndirməsi şərti ilə yaradıla bilər. Putin vurğulayıb ki, o regionda dinc və birgə yaşamağa hamı maraqlıdır.

Azərbaycan ərazisinin bir hissəsi 30 ilə yaxın müddətdə işğal altında olduğunu nəzərə alsaq, belə bir sual ortaya çıxır: "Bu xəritələrlə nə dərəcədə dəqiq müəyyən etmək olar?"

Tural İsmayılov Tural İsmayılov

Politoloq Tural İsmayılov Bizimyol.info saytına açıqlamasında bildirib ki, keçmiş xəritələrdə Azərbaycanın işğal altında olan əraziləri dəqiq göstərilib. Eyni zamanda Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il ərzində daha bir saxtakarlığa əl ataraq, Zəngilanın və Qubadlının bəzi kəndlərini qeyri-qanuni şəkildə Zəngəzura birləşdirməyə cəhd edib. 44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan Ermənistan tərəfindən saxtakarcasına Zəngəzura birləşdirilmiş Zəngilanın kəndlərində də öz nəzarətini bərpa edib. Hansı ki, bu kəndlər beynəlxalq aləmdə Ermənistan torpaqları kimi tanıdılmışdı.

"Bizim əlimizdə olan xəritələrə uyğun, öz hərbçilərimizin ərazilərdə, daha əvvəl də işğalda saxlanılan və işğaldan azad edilən kəndlərdə yerləşməsi prosesi bir il ərzində davam etdirilib. Və sərhədlərin demarkasiyasından sonra Ermənistan məcburi şəkildə Azərbaycanın ərazi bütünlüyünü tanıdıqdan sonra regiondakı bütün konfliktlər bitəcək",- deyə politoloq bildirib.

Xəritələrin sərhədləri necə göstərməsi məsəsləsinə gəldikdə isə, T.İsmayılov qeyd edib ki, hansı illərdə hazırlanmış xəritələrdən istifadə olunacağı ilə bağlı rəsmi bir məlumat yoxdur. Bu sadəcə müxtəlif media platformalarında gedən spekulativ müzakirələrdir.

"İstənilən halda dövlətimiz üçün ən uyğun olan xəritələr haqqın, hüququn və ədalətin əks olunduğu xəritələrdir. Düşünürəm ki, Rusiya tərəfi də bununla razıdır. Azərbaycanın da tanıdığı və reallığı - Azərbaycanın ərazi bütünlüyünü tam şəkildə əks etdirən xəritələrdən istifadə olunacaq",- deyə politoloq qeyd edib.

İlahin, Bizimyol.info