Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanın Qarabağda separatizmin kökünü kəsməsinin və Ermənistanın Qərbə doğru sapmasının Rusiyanın Cənubi Qafqazdakı əsas paradiqmasını məhv etdiyini deyib.
Publika.az xəbər verir ki, bu barədə “Exo Kavkaza” məlumat yayıb.
“Rusiya artıq Qafqazın üç ölkəsindən heç birinin dəstəyinə malik deyil, ona görə də müxalifət liderlərinin danışmasından asılı olmayaraq, mən artıq buradayam və bütün ləyaqətli insanları, o cümlədən kütləvi xalqı birləşdirmək üçün fəal iştirak edəcəyəm. Mən özüm də öz şəxsi səhvlərimdən çox şey öyrənmişəm, həbsxanada kimin kim olduğunu aydın görmüşəm və təkcə özümü deyil, bütün ölkəni həbsdən azad etmək niyyətindəyəm”, - Saakaşvili qeyd edib.