Azerbaijan
This article was added by the user Anna. TheWorldNews is not responsible for the content of the platform.

Saakaşvili: Azad olunana qədər...

"Həbsdə olduğum müddətdə yemək yeməyəcəyəm, ölməyə belə hazıram".

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Mixeil Saakaşvili həbsxanadan yazdığı növbəti məktubunda qeyd edib.

O deyib ki, yalnız dərmanlar vasitəsi ilə tibbi müayinəyə razılıq verəcək:

"Sağlam düşüncəmin və qabiliyyətimin qalmasını istəyirəm, huşumun yerində qalması üçün və Gürcüstana bir xeyrim dəysin deyə həkimlərin dərmanlar vasitəsilə tibbi müdaxilə etmələrini qəbul edirəm. Mənim şəxsi halıma baxmayaraq, hazırda cəmiyyət çox səfərbərdir, mən həmişəkindən daha optimistəm".

Xatırladaq ki, eks prezident Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə saxlanıldığı həbsxanada sabiq dövlət başçısı 19-cu gündür ki, aclıq aksiyası keçirir.

Tural Turan