Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sabiq nazir müavinini döyüb öldürən aktyora

Energetika Nazirliyinin keçmiş vitse-prezidentini döyən aktyor barəsində hökm oxunub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Moskva məhkəməsi 2021-ci ildə Rusiya Energetika Nazirliyinin keçmiş vitse-prezidenti Leonid Tropkonu döyən aktyor Qleb Neyjmak-İordanskini 8 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq müəyyən edib ki, 2021-ci ilin noyabrında 33 yaşlı sənətçi 69 yaşlı sabiq nazir müavinini heç bir səbəb olmadan döyüb. Zərərçəkmiş sonradan qanaxma və göz çuxurunun sınması da daxil olmaqla çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hadisədən bir neçə həftə sonra o, dünyasını dəyişib və hücum edən şəxsə qarşı "xuliqanlıq məqsədi ilə qəsdən sağlamlığa ağır zərər vurma" maddəsi ilə cinayət işi açılıb.

Bundan əlavə, Qleb Neyjmak-İordanski mənəvi ziyana görə Tropkonun həyat yoldaşına 3 milyon rubl ödəməli olacaq.

Milli.Az